Azərbaycan xalqı Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasının qarşısında qardaş Türkiyəyə yardım toplayır.
Demokrat.az-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, yardım kampaniyası ilə əlaqədar Babək prospektinin həmin ərazidən keçən hissəsində böyük izdiham yaşanır.
İnsanlar qardaş Türkiyəyə dəstək üçün yardım etməyə gəlirlər. 




