Dünya Özəl

Yaşıl komet 50 min il sonra Yerə yaxınlaşır

Yaşıl komet 50 min il sonra Yerə yaxınlaşır

Yaşıl kometa son 50 min ildən sonra ilk dəfə Yerə yaxınlaşır.

Demokrat.az xəbər verir ki,böyük maraqla gözlənilən ulduzun fevralın 2-də Yerə ən yaxın nöqtədə olacağı bildirilir.

İlk dəfə 2022-ci ilin martında Yupiter ətrafında fırlanarkən təsbit edilən yaşıl kometanın fevralın 2-də Yerə ən yaxın nöqtəsində olacağı bildirilib.

C/2022 E3 (ZTF) olaraq adlandırılan ulduzun bu müddət ərzində ən parlaq vaxtda olacağı bildirildi. NASA-nın bəyanatında deyilir:

"Kometalar gözlənilməzdir, lakin onlar eyni şəkildə parlamağa davam edərlərsə, onları görmək asan olacaq".

Qeyd etmək lazımdır ki, səbirsizliklə gözlənilən ulduzun Günəşə ən yaxın tranzitini yanvarın 12-də etdiyi bildirilib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova