Kriminal

Şəmkirdə yaşlı qadın yanıq xəsarətlərindən ölüb

Şəmkirdə yaşlı qadın yanıq xəsarətlərindən ölüb

Şəmkir rayonunun Mahmudlu kəndində yaşlı qadın yanıq xəsarətlərindən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, görmə qabiliyyətini itirmiş, 1951-ci il təvəllüdlü Gültəkin Məmmədova soba üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova