İdman

Salah Britaniyada İslama sevginin artmasına təsir göstərib

Salah Britaniyada İslama sevginin artmasına təsir göstərib

Staffordşir Universitetində aparılmış bir araşdırmaya görə, müsəlman futbol ulduzu Məhəmməd Salahın varlığı Britaniyada, xüsusilə futbolsevərlər arasında islamofobiyanın azalmasına gətirib çıxarıb.

Bu haqda "Əl-Ərəbiyı" nəşri məlumat yayıb. Araşdırmalar göstərib ki, misirli Salah "Liverpul" klubunda oynadığı müddətdə Britaniya sosial şəbəkələrində İslam haqqında mənfi şərhlərin sayı 50% azalıb. Eyni zamanda öz dəyərlərinin İslamla uyğun olduğunu hesab etməyə başlayan ingilislərin sayı 5% artıb. (Moderator.az)

D
demokrat.az