Almaniyanın Münhen şəhərində Rusiyaya kəşfiyyat məlumatları sızdırdığı iddia edilən şəxs saxlanılıb. Demokrat.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Almaniya vətəndaşı Münhen hava limanında Rusiyaya kəşfiyyat məlumatı ötürdüyü iddiası ilə vətənə xəyanətdə şübhəli bilinərək yaxalanıb.
Prokurorun verdiyi açıqlamada Artur E. kimi tanınan şəxsin bazar günü ABŞ-dan Almaniyaya gəldiyi zaman həbs olunduğu bildirib.
Onun Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) Rusiyaya casusluqda şübhəli bilinərək dekabrda həbs edilən əməkdaşı Karsten L.-nin ortağı olduğu bildirilir.
Prokurorun ifadəsinə görə, Almaniya kəşfiyyatının əməkdaşı olmayan Artur E.-nin Carten L.-dən aldığı məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürdüyü güman edilir.
Jalə Demokrat.az


