ABŞ prezidenti Co Bayden səhər saatlarında tərəfdaşları ilə Ukraynaya yardımla bağlı telefon danışıqları aparıb.
Bu barədəAğ Evin katibi Karin Jan-Pier məlumat yayıb.
"Prezident Bayden bu səhər Fransa prezidenti Makron, Almaniya kansleri Şolz, İtaliyanın baş naziri Meloni və Böyük Britaniyanın baş naziri Sunak ilə Ukraynaya dəstəklə bağlı danışıb", - Jan-Pier bildirib.
Xatırladaq ki,Bayden bu günUkraynaya yardımla bağlı açıqlama verəcək.
Qərb mətbuatının yazdığına görə, ABŞUkraynaya "31 Abrams" tankıgöndərməyi planlaşdırır .
Leyla Demokrat.az


