İsveç hökuməti "Svenska Kraftnät" dövlət şirkətinə Rusiyanın hücumundan sonra enerji sisteminin bərpası üçün lazım olan avadanlıqları Ukraynaya təhvil verməyə icazə verib.
Bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Svenska Kraftnät" şirkəti Ukraynaya ötürə biləcəyi və bu ölkənin enerji təchizatı üçün faydalı ola biləcək materialları müəyyən edib. Hökumət qərar verib ki, bu avadanlıqlar hədiyyə edilə bilər.
"Svenska Kraftnät" şirkəti hazırda İsveç Fövqəladə Halların İdarə Olunması Agentliyi (MSB) ilə ianə olunmuş materialların Ukraynaya daşınması ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki,ABŞ Ukraynanın enerji sisteminin bərpasına 125 milyon dollar ayırıb.
Leyla Demokrat.az


