Dünya Özəl

Rusiya Estoniya səfirinin ölkəni tərk etməsini istədi

Rusiya Estoniya səfirinin ölkəni tərk etməsini istədi

Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfiri Marqus Laidredən ölkəni tərk etməsini istəyib.

Demokrat.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Estoniyanın Rusiyanın Tallinndəki səfirliyində işçilərin sayını azaltmağa qərar verdiyi xatırladılıb.

Bu qərarın “dostcasına” addım olduğu bildirilən açıqlamada Estoniyanın Moskvadakı səfiri Laidrenin nazirliyə çağırıldığı qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndəliyi müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib. Estoniya hökumətinin hərəkətləri ilə əlaqədar səfirə etiraz notası verilib.

"Rusiya-Estoniya arasında münasibətlərin bu səviyyədə inkişafına görə bütün məsuliyyət Estoniya tərəfinin üzərinə düşür. Biz Estoniya administrasiyasının düşmən addımlarına gələcəkdə də reaksiya verməyə davam edəcəyik" - bəyanat deyilir.

Xatırladaq ki, bu il yanvarın 11-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyadan ölkədəki diplomatik işçilərin sayını fevralın 1-dək 8 nəfərə endirməyi tələb etmişdi.

Aysun Demokrat.az

D
demokrat.az