Dünya Özəl

Kreml: Rusiya müharibədə məqsədlərinə çatacaq

Kreml: Rusiya müharibədə məqsədlərinə çatacaq

Kremlin sözçüsü Dmitri Peskov bir ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, müharibə yalnız Ukrayna tərəfinin tələbləri qəbul edəcəyi təqdirdə bitəcək. O, Rusiyanın davam edən müharibədə məqsədlərinə çatacağını ifadə edib:

“Ukrayna Rusiyanın bu və ya digər şəkildə tələblərini yerinə yetirməyə hazır olduğunu nə qədər tez göstərsə, hər şey bir o qədər tez başa çatar. Əlbəttə ki, Ukrayna xalqı Kiyev rejiminin başlatdığı bu faciədən daha tez qurtular” - deyə o, bildirib.

Peskov, Qərbin Ukraynaya silah göndərməsi ilə bağlı xəbərdarlıq edib:

“Qərbdən Ukraynaya Rusiyanı vurmaq üçün daha çox silah verilərsə, Ukraynada gərginlik daha da artacaq. Bu mənada Qərbin mövqeyi təhlükəlidir. Qərbin Ukraynaya silah tədarükü potensial olaraq son dərəcə təhlükəlidir. Bu, münaqişənin tamamilə yeni müstəviyə çıxarılması demək olardı ki, bu da Avropa təhlükəsizliyi üçün yaxşı heç nə vəd etməyəcək”.

Jalə Demokrat.az

D
demokrat.az