“Bu məsələlər şəxsi seçim, həyat məsələdir. Mən indi insanın siyasi fəaliyyəti ilə bağlı fikir bildirə bilərəm. Düzdür, indi yoqa hərəkəti edib və bu, onun biləcəyi işdir. Düşünürəm ki, bununla bağlı bizim partiyaların reaksiya verməsi doğru olmaz".
Bu fikirləri Demokrat.az-a açıqlamasına Ağ Partiya sədri Tural Abbaslı bildirib. Partiya sədri deyir ki, bu, Nemət Pənahlının şəxsi işidir:
“Təbii ki, bu onun şəxsi işidir. Özü yaşlı-başlı insandır, kifayət qədər siyasi təcrübəsi olan bir şəxsdir. Qeyd edim ki, Nemət Pənahlı 1980-ci illərin sonunda Azərbaycanda Azadlıq Hərəkatında adı hallanan populyar siyasi xadimlərdən biri olub. Azərbaycan tarixində bu və ya digər formada öz adını yazmış şəxsdir. Hər halda, özü nə edəcəyini bilir. İqtidar nümayəndəsi deyil ki, biz ondan vəzifələrinin icrasını tələb edək?! Bu siyasi xadimdir, istər fəaliyyət göstərər, istər də özünü müxalif düşərgənin nümayəndəsi hesab edər. Ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayıram”.
Nəzrin Demokrat.az


