Kriminal

Gəncədə "Şərab evi"nə BASQIN: Satıcı bıçaqlandı

Gəncədə Şərab evinə BASQIN: Satıcı bıçaqlandı

Gəncədə mağazaya basqın edilib.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov prospekti 152 ünvanında yerləşən "Şərab evi"ndə qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Kənan Orucov və Paşa adlı şəxs mağazaya basqın edərək, orada satıcı olan, 2004-cü il təvəllüdlü Elvin Rzayevin bıçaqla qoluna xəsarət yetiriblər. Onlar mağazadan 100 manat və 1 qutu dəyəri 4 manat olan siqaret götürürək qaçıblar.

Hadisəni törədən şəxslər saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

D
demokrat.az