Prezident baş naziri “QAZ-21”lə gəzdirdi — FOTO/VİDEO

MARAQLI 31 may 2019, 23:59

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın baş naziri Dmitri Medvedyevi öz klassik avtomobili ilə gəzdirib.


Demokrat.az "Lenta.ru"ya istinadla xəbər verir ki, Türkmənistan prezidenti rəsmi qonağını oteldən götürmək üçün  “Volqa QAZ-21” markalı avtomobilin sükanı arxasına keçib və onunla birlikdə Aşqabadı gəzib. 


Bundan sonra Medvedyev və Berdiməhəmmədov prezident binasına gedərək səhər yeməyi yeyiblər.


Qeyd edək ki, baş nazir Türkmənistanın paytaxtına mayın 30-u gəlib və bu gün Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının iclasında iştirak edəcək.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top