Almaniyanın xarici işlər naziri gözlənilmədən Xarkova səfər edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki,Nazir çıxışı zamanı ukraynalılara bir sıra vədlər verib.
Nazir deyib ki, Xarkov Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin, sonsuz əzabın simvoludur”.
"Xarkov - mühasirəyə alınıb, güllələnib, azad edilib. Rusiya ilə sərhədi cəmi 40 km məsafədədir.. Bu gün demək olar ki, Xarkovun hər küncündə Rusiyanın dağıdıcılığının dərin izlərini görmək olar. 1,5 milyon Xarkov sakininin demək olar ki, 500 mini qaçmağa məcbur olub”, - deyə o qeyd edib.
Nazir qeyd edib ki, Ukraynanın bu regional mərkəzi həm də ukraynalıların inanılmaz möhkəmlik və cəsarətinin simvoludur.
O həmçinin bildirib ki, Xarkova ukraynalı həmkarı və dostu Dmitri Kulebanın dəvəti ilə gəlib.
“Mən Xarkovdakı hazırkı vəziyyət haqqında təsəvvür əldə etmək və hər şeydən əvvəl, gecələr temperaturun aşağı düşdüyü bu şiddətli soyuq qışda müharibə aparan sakinləri dinləmək istəyirəm
Xarici işlər naziri vurğulayıb ki, Ukraynanın bütün guşələrində insanlar bilməlidirlər ki, onlar Almaniyanın həmrəyliyinə və dəstəyinə arxalana bilərlər.
Leyla Demokrat.az


