Dünya Özəl

Britaniya Ukraynaya tank bağışlayan ilk ölkə ola bilər

Britaniya Ukraynaya tank bağışlayan ilk ölkə ola bilər

Böyük Britaniya hökuməti ilk dəfədir ki, Ukraynaya tankların verilməsi imkanını nəzərdən keçirir.

Demokrat.az bildirir ki, bu barədə “Sky News” məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinə Britaniya ordusuna məxsus “Challenger 2” əsas döyüş tanklarının veriləcəyi ilə bağlı müzakirələr bir neçə həftədir ki, davam edir.

Böyük Britaniya bu tip tankların10-nun Ukraynaya verilməsini təklif edir.

Qeyd olunur ki, Britaniya hökuməti hələlik yekun qərar qəbul etməyib, lakin Böyük Britaniya qərar verərsə, Ukraynanın Qərb tankları ilə təchiz etmək xahişinə cavab verən ilk ölkə olacaq.

Londonun tanklarla bağlı müsbət qərarı NATO-nun digər müttəfiqlərini, xüsusənAlmaniyanıda eyni addımı atmağa təşviq edə bilər .

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova