Bakının Binəqədi rayonunda qadınları fahişəliyə məcbur edən şəxsin barəsində cinayət işi açılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Vəfa Musayevaya Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan olunub.
Onun barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsində baxılıb.
İş araşdırılması üçün hakim Aynurə Sadıqovanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Cinayət işi üzrə 4 qadın zərərçəkmiş qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


