Dünya

Birinci sinif şagirdi müəllimini güllələdi

Birinci sinif şagirdi müəllimini güllələdi

ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində insident baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı şagird sinifdə müəlliminə atəş açıb.

30 yaşında olduğu deyilən müəllim ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Müəllimini güllələyən şagird nəzarətə götürülüb. Səlahiyyətlilər uşağın silahı necə əldə etdiyini araşdırır.

D
demokrat.az