Böyük Britaniyanın kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Şahzadə Harri17 yaşında narkotikdən istifadə etdiyini etiraf edib.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Kanalşahzadənin “Spare” (“Ehtiyat”) adlı avtobioqrafiyasından çıxarışa istinadən belə bir xəbər yayıb.
Şahzadənin sözlərinə görə, o, kokaindən istifadə edib.
Telekanal Şahzadə Harrinin kitabından sitat gətirir: "Çox əyləncəli deyildi və buna görə özümü xüsusilə xoşbəxt hiss etmədim".
Qeyd edək ki, o, atası və qardaşı ilə ailə münasibətlərinin də yaxşı olmadığını bildirib.
Leyla Demokrat.az


