Region

Türkiyədə restoranda partlayış: 7 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyədə restoranda partlayış: 7 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Aydın şəhərində restoranlardan birində partlayış baş verib.

Demokrat.az xəbər verir ki, Aydın valisi Hüseyn Aksoy partlayışda 7 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə yaralandığını açıqlayıb.

Partlayışa mətbəxdə istifadə olunan qaz balonunun səbəb olduğu bildirilir.

D
demokrat.az