Dünya Özəl

Yunanıstan İsraildən raket sistemləri alır

Yunanıstan İsraildən raket sistemləri alır

Yunanıstanın 2023-cü ildə İsraildən "Spike" NLOS raket sistemlərinin tədarükü ilə bağlı qərar qəbul etmək üçün məsələnin təfərrüatlarını müzakirəyə çıxarıb.

Demokrat.az-ın "Ta Nea" qəzetinə istinadən xəbərinə görə, iki ölkə arasında İsrail istehsalı olan "Spike" NLOS tipli raket sistemlərinin alınması üçün ciddi danışıqlar aparılarkən, bu məsələ Milli Təhlükəsizlik Şurasının 2022-ci ilin son iclasında gündəmə gəlib.

Xəbərdə, Spike NLOS-un tədarükü ilə bağlı müqavilənin 2022-ci ildə tamamlana bilməyəcəyi qeyd edilib. Gecikmənin mümkün satışda qiymət artımına və çatdırılma müddətinin uzadılmasına səbəb ola biləcəyi vurğulanıb.

Məlumata görə, Yunanıstanın müqaviləni 2023-cü ilin ilk ayında bağlaya bilməsə, tərəflər razılığa gələ bilməyəcək.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova