Sosial Özəl

“Kiyev Rusiyaya birləşmiş yeni regionları tanımasa, sülh olmayacaq”— Peskov

“Kiyev Rusiyaya birləşmiş yeni regionları tanımasa, sülh olmayacaq”— Peskov

“Ukraynada münaqişənin həlli üçün sülh planı mümkün deyil. Çünki rəsmi Kiyev mövcud reallıqları nəzərə almır”.

Demokrat.az xəbər verir ki, bu sözləriRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Ukrayna Rusiyanın yeni regionlarını tanımasa, o zaman vəziyyəti diplomatik yolla həll etmək mümkün olmayacaq" - deyə Peskov açıqlayıb.

“Bugünkü reallıqları nəzərə almadan hansısa sülh planı ola bilməz. Rusiya ərazisini, dörd yeni regionun Rusiyaya birləşdirilməsini nəzərdə tuturam. Bu reallıqları nəzərə almayan heç bir plan sülhə hesablana bilməz”.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukrayna ərazisinə daxil olmaqla bu ölkəyə qarşı müharibəyə başlayıb.

Jalə

Demokrat.az

NE
Nihadə Eyyubova