Dünya Özəl

Pentaqondan Ukraynaya 850 milyonluq YARDIM

Pentaqondan Ukraynaya 850 milyonluq YARDIM

Ukrayna ABŞ Müdafiə Nazirliyindən 850 milyon dollarlıq yeni hərbi yardım alacaq.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bubarədəABŞ dövlət katibi Entoni Blinken bildirib.

O əlavə edib ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin ümumi dəyəri 1,85 milyard dollara çatacaq:

"Bu yardımlar Ukraynanın hava hücumundan müdafiə və dəqiq zərbə imkanlarını artıracaq, həmçinin Ukraynanın döyüş meydanında özünü effektiv müdafiə etmək üçün istifadə etdiyi əlavə döyüş sursatları və kritik avadanlıqları da əhatə edəcək", - katib bildirib.

Onun sözlərinə görə, ABŞ ilk dəfə olaraq Ukraynaya ballistik raketləri və Ukraynanın hazırkı hava hücumundan müdafiə sistemlərindən xeyli yüksəklikdə təyyarələri vurmağa qadir olan “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil verəcək.

"Ümumiyyətlə, qeyd edim ki, Amerikanın Ukraynaya hərbi yardımının ümumi dəyəri görünməmiş həddə,21,9 milyard dollara çatıb", - Blinken vurğulayıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova