Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətininrəhbəri Riçard Murla görüşüb.
Bubarədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı məsələlərə də toxunulub. Xatırladaq ki, 2022-ci ildə Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri Ermənistana səfər ediblər.


