Ukrayna vətəndaşları Çexiya müəssisələrində işləyəcəklər.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Çexiya bu qərarı Ukrayna prezidenti Volodimr Zelenskinin baş nazir Fiala ilə görüşündən sonra verib.
Çexiya Ukrayna üçün böyük həcmdə silah istehsalına başlayacaq.
Bu məqsədlə minlərlə ukraynalı Çexiyanın silah istehsalı müəssisələrindəişləmək üçün ölkəyə gələcək .
Çexiya müdafiə nazirinin müavini Tomaş Kopeçnininsözlərinə görə, belə bir təşəbbüsü NATO tərəfdaşları maliyyələşdirəcək.
Əvvəlcə güclərin modernləşdirilməsi və təmiri həyata keçiriləcək, sonra isə birbaşa hərbi texnikanın istehsalına başlanılacaq.
"Bu məxfi məlumat deyil. Ukrayna vətəndaşları artıq Çexiya sənayesində, o cümlədən müdafiə sənayesində işləyirlər. Biz Ukraynaya səfərə dünən və ya keçən il başlamamışıq, 2015-ci ildən bu işlə məşğul oluruq"-Kopeçni bildirib.
Leyla Demokrat.az


