“Rusiyanın, İranın, ABŞ-ın Qafqazdakı geosiyasi prioritetlərini, niyyətlərini və oyunlarını düzgün oxumaq çox önəmlidir. Düşünürəm ki, bu istiqamətdə mühüm tədbirlərin görülməsi də vacibdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılgan bildirib.
Atılgan əlavə edib ki, ən önəmli hədəf isə türk dünyasının bir araya gətirilməsidir:
“Bütün bu təhlükələri pozmaq üçün oyunumuzun ən mühüm məqsədi türk birliyini hər sahədə gücləndirəcək layihələr həyata keçirməkdir”.
Nəzrin Demokrat.az


