"Yeni ildən əvvəl rus əsgərlərinin Ukraynadan çıxarılmasından söhbət gedə bilməz".
Bunu Rusiya Prezidentininmətbuat katibiDmitri Peskov Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski rus qoşunlarının Ukraynadan sülh yolu ilə çıxarılması çağırışını rədd edib.
"Bizim həmin ərazilərdə möhkəmlənməyimiz bu torpaqlarda keçirilən referendumun nəticəsində ortaya çıxacaq. Bu faktları nəzərə alınmadan heç bir irəliləyiş əldə etmək olmaz",-deyə Peskov bildirib.


