“Bizim hamımızın proqnozları bu yöndə idi ki, proses toqquşmaya aparır. Azərbaycanın antiterror əməliyyatları dərhal da gündəliyi daxil edildi. Dəqiq xatırlayıram ki, hətta biz noyabr ayının ortalarına doğru belə bir toqquşma ehtimalını son dərəcə yüksək olduğunu qeyd etdik. Ondan sonra növbəti mərhələ kimi sülh müqaviləsinin çox yaxın olduğunu proqnoz etdik. Çünki adətən bu formada baş verirdi. Amma son anda Azərbaycan tərəfinin unikal bir diplomatiya formasını seçməsi prosesləri başqa istiqamətə apardı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. O qeyd edib ki, xüsusilə ekologiya diplomatiyası sahəsində Azərbaycannın gözlənilməz gedişi düşmən üçün də yeni bir ideoloji hərbi həmlə cəbhəsini açlışı oldu. “Biz bu iki il dönəmində müəyyən istiqamətlərdə erməni ideoloji xəbər məkanındakı mübarizədə hardasa mövqelərimizi az qalırdıq ki, itirək. Biz onları bərpa etdik və ələ keçidridik. İndi fikir verirsinizsə, mesajlar hərbi deyil, hərbi-siyasi manevrlər üzərində aparılır. Onlar nəticəsinə uyğun olaraq sülh müqaviləsinin olması-olmaması mümkündür. Amma, bütün hallarda Ermənistan tərəfindən sülh müqaviləsinin redaktə olunub göndərilməsi nəticənin olmayacağına işarədir. Onların öz prinsipləri var və həmin prinsiplər də bizim tərəfimizdən qəbul edilmir. Azərbaycan hazırda Qarabağ istiqamətində fəallığı artırmaqla, həmlələri etməklə, bu daxili faktoru birdəfəlik söndürməyə çalışır. Görünür ki, Ermənistan da bu prizmadan öz mövqeyini möhkəmləndirmək istəyir ki, indiki halda təsir imkanı üzərindən nəyəsə məcbur edə bilər. Əmin olaq ki, bu yaxın prespektivdə Fransanın, Rusiyanın baxışları da daxil sülhə yaxınlaşmaq biraz o qədər də real görünmür.