PrezidentVolodimir Zelenskietiraf edib ki, hələ siyasi gələcəyi barədə düşünməyə hazır deyil.Qələbəyə qədər prezident olacaq, sonra mütləq dənizə gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Zelenski “Netflix”də David Letterman ilə “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı xüsusi proqramda danışıb.
"Qələbəmizə qədər mən mütləq prezident olacağam. Qələbədən sonra heçnə düşünmürəm, hazır deyiləm. Mən sadəcə dənizə getmək istəyirəm. Açığını deyim, David, mən həqiqətən dənizə getmək istəyirəm. Qalib gələndə pivə içmək istəyirəm”
Prezident Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin ölümündən sonraUkraynada müharibənin bitmə şansının yüksək olduğunu bildirib:
"Putin ölsə,müharibə olmayacaq. Avtoritar rejim dəhşətlidir, çünki böyük risk var. Amma hər şey bir nəfərdən asılı ola bilməz." - Zelenski deyib.
Leyla Demokrat.az


