Dünya Özəl

"Putin artıq əsl məqsədini, Ukraynanın işğalını gizlətmir" — Podolyak

Putin artıq əsl məqsədini, Ukraynanın işğalını gizlətmir — Podolyak

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Rusiyaprezidenti Vladimir Putinin müharibədəki nailiyyətlərlə bağlı bəyanatını şərh edib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Podolyak deyib ki,Putin artıq əsl məqsədi - Ukraynanın işğalını gizlətmir.

Onun sözlərinə görə, Rusiya yeni ərazilər zəbt etmək üçün işğalçılıq müharibəsi aparır.

"Rusiya yeni ərazilər zəbt etmək üçün soyqırımlı işğal müharibəsi aparır, çünki I Pyotr belə vəsiyyət edib. Ukraynaya genişmiqyaslı işğalın əvvəlində Rusiya “üç günə Kiyevi” alacaqlarını bəyan etdi.Müharibənin ilk aylarında Rusiya təbliğatı Ukraynaya hücumu “demilitarizasiya” və “denazifikasiya” ilə izah edirdi. Sonradan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında hazırda yüzlərlə təriqətin fəaliyyət göstərdiyi iddia edilən Ukraynanın “desatanizasiyası” haqqında danışmağa başladılar. Dekabrın 7-də isə Rusiya lideri“yeni ərazilərin yaranması”nı Ukraynaya qarşı başlayan müharibənin “əhəmiyyətli nəticəsi” adlandırıb.Putin həmçinin bildirib ki, Azov dənizi Rusiya Federasiyasının daxili su hövzəsinə çevrilib".

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova