Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbovun yüksək vəzifədə olan qohumları ilə bağlı məlumat yayılıb.
Bununla bağlı tanınmış jurnalist Həbib Müntəzir paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:
- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı - Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu - Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu - “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı - Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni - Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası - Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı - Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub - Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası - Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri - Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi - DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Novruzov - Yeznəsinin qardaşı - Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri - Sənufər Soltanova - Vasifin qaynanası".


