İran ölkədə davam edən etiraz aksiyalarınıyatırmaq üçün Rusiyadan yardım istəyib.
Bubarədə mərkəzi Londonda yerləşən "Iran International" nəşri məlumat yayıb.
Nəşr hakerlərin əldə etdiyi məlumatlara istinad edərək bildirir ki, Tehran Moskvadan etirazların qarşısını almaqdakömək etməsi üçün xüsusi müşavirlər göndərməsini xahiş edib.
Məlumatda qeyd olunubki, Tehran uzunmüddətli nümayişlərə hazırlaşır və öz resurslarından - canlı qüvvə və texnikanınkifayət etməyəcəyindən narahatdır.
Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanın İrana kütləvi etirazların yatırılması ilə bağlı məsləhət verə biləcəyini açıqlamışdı./Modern.az


