ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna üçün əlavə 37 milyard dollarlıq paket istəyib.
Demokrat.az bildirir ki, bu barədə ABŞ dövlətkatibininsiyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
Nulandvurğulayıb ki, Putin ukraynalıları qaranlığa və soyuğa qərq etməklə, öz məqsədinə çatmamalıdır:
"ABŞ Putinin qalib gəlməsinə imkan verməyəcək. ABŞ nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Prezident Bayden Konqresdən əlavə 37 milyard dollarlıq paket istədi ki, Ukrayna nəinki bu sınaqlardan sağ çıxsın, həm də suveren, təhlükəsiz və demokratik ölkə kimi çiçəklənsin və Vladimir Putin strateji məğlubiyyətə düçar olsun”
Leyla Demokrat.az


