İdman

DÇ-2022: İspaniya - Almaniya oyununda qalib müəyyənləşmədi

DÇ-2022: İspaniya - Almaniya oyununda qalib müəyyənləşmədi

Qətərdə təşkil olunan DÇ-2022-də növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci gününün son matçı E qrupunda baş tutub.

Son üç mundialdan ikisinin qalibi İspaniya – Almaniya duelində qarşılaşacaq. Qrupun digər görüşünün nəticəsindən asılı olaraq “Qırmızı furiya” və Bundestimin taleyinə aydınlıq gələ bilər.

Əgər Yaponiya Kosta-Rikaya uduzmasa, İspaniya qələbə qazanmaqla adını 1/8 finala yazdıracaq. Bu, Almaniyanın qrupda qalmasını da rəsmiləşdirəcək. Hans-Diter Flikin yetirmələri dörd il əvvəlki fiaskonu yaşamamaq üçün bu görüşdən müsbət nəticə ilə ayrılmalıdır. Əgər İspaniya uduzmasa, Yaponiya qalib gəlsə, asiyalılar da mərhələni adlayacaq.

Qeyd edək ki, E qrupunun digər oyununda Yaponiya ilə Kosta-Rika qarşılaşıb və ikincilər 1:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi 27 noyabr, II tur E qrupu 23:00. İspaniya - Almaniya 1:1 Qollar: Alvaro Morato, 62 - Niklas Füllkruq, 83

D
demokrat.az