Dünya Özəl

ABŞ-dan Ukraynaya 4,5 milyard dollarlıq YARDIM

ABŞ-dan Ukraynaya 4,5 milyard dollarlıq YARDIM

Amerika Birləşmiş ŞtatlarıUkraynaya birbaşa büdcə dəstəyi olaraq əlavə 4,5 milyard dollar ayırır.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,ABŞ Maliyyə Naziri Janet Yellen bildirib ki , vəsait yaxınhəftələrdə verilməyə başlayacaq.

Onun sözlərinə görə, Ukrayna hökuməti onlardan xəstəxana işçilərinə, dövlət qulluqçularına və müəllimlərə maaşların ödənilməsi, eləcə də yaşlılar və əhalinin həssas təbəqələri üçün sosial yardım üçün istifadə edəcək.

Nazir qeyd edib ki, bu ödənişlərdən sonra ABŞ-dan Ukraynaya birbaşa büdcə dəstəyinin ümumi məbləği 13 milyard dollara çatdırılacaq:

"Vəsaitlər yaxın həftələrdə ödənilməyə başlayacaq və ABŞ-ın Ukraynaya yardımı davamlı olacaq"

Leyla Demokrat.az

D
demokrat.az