Lənkəran rayonu, Viyən kəndində döyülərək ağır vəziyyətdə olanməktəblininyaxınları danışıb.
Demokrat.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan məktəblinin yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb,özü də ali məktəbə hazırlaşırmış.
“Axşam nənəsini xalası gilə yola saldıbevə qayıdıb. Daha sonra həyətdəuşaqlarla oynuyub. Sonra gedib və bir saat sonra qayıdanda qanlar içərisində olub”.
Qeyd edək ki, Viyən kənd tam orta məktəbininXIsinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslərtərəfindən döyülüb.Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.


