Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Cabbar şəxsi münasibətlər zəminində arvadı Nəcibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri,Kimyaçılar qəsəbəsində baş verib.
Cabbar yaşadıqları mənzildə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, arvadının sifətinə, bədəninin müxtəlifnahiyyələrinə şillə ilə vuraraq ona müxətlif dərəcəli bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki,2012-ci ildə Nəcibə ilə ailə qurublar: “Rəsmi nikahımız var. Birgənikahımızdan biri qız, digəri oğlan olmaqla iki övladımız var. Həyat yoldaşım Nəcibə iləboşanma ərəfəsindədiyik. Bununla bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciətetmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, gecə saat 01.30-da ayıq vəziyyətdə evə gəlib, təmirzamanı qonşu otağa yığdıqları əşyaları evlərinə yığmağa başlayıb: “Maddi sıxıntılar içindəolduğumdan son vaxtlar daha əsəbi və səbrsiz olmuşam. Əşyaları evə yığarkən biraz səs-küyçıxdı. Gətirdiyim stolun ayağı həyat yoldaşım Nəcibənin ayağına dəymdi. O da biraz əsəbi cavabverdi. Mən də ona sakit olmasını, biraz səbrli olmasını xahiş etdim. Sonra aramızdamübahisə baş verdi. Şəxsi münasibət zəminində baş verən mübahisə zamanı şillə ilə iki dəfəhəyat yoldaşımın sifətindən vurdum. Nəcibə məni itələdikdə, mən də onu özümdənuzaqlaşdırdım. Bu zaman yerə yıxıldı, nə olduğunu bilmədim. Daha sonra mübahisəsonlandı. Mən uzaqlaşaraq yan otağa keçdim”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, Cabbar hadisə günü sərxoş vəziyyətdə evə gəlib və təmir zamanı qonşu otağa yığdıqlarıəşyaları evlərinə yığmağa başlayıb: “Həyat yoldaşım əsəbi və hövsələsiz biridir, əşyaları tez-tezsəs-küy salaraq otağa yığarkən qonşuların yatdığını və bir az səssiz olmasınıbildirdim. Cabbar da dedi ki, özüm bilərəm, sən sakit ol, yaxşı edirəm. Yenidən sakit olmasını, daha asta hərəkət etməsini bildirdim. Cabbar isədaha əsəbi formada nalayiq ifadələrlə təhqir etməyə başladı. Daha sonra şillə ilə sifətiminsol nahiyəsinə iki dəfə vurdu. Özümü kənara çəkdikdə ayağındakı başmağı çıxararaqsifətimə vurdu. Özümü qorumaq üçün onu itələdikdə, boğazımdan tutaraq sıxmağabaşladı. Məni itələyərək yerə yıxıldım. Qollarım və sağ əlimin 4-cübarmağım otaqdakı şkafın tinlərinə dəydi. Yerə yıxıldıqdan sonra həyat yoldaşım heçnə olmamış kimi mətbəxə keçərək orada oturdu”.
Zərərçəkmiş bildirib ki, səhər saat05.00-da evdən çıxararaq oğullarını gətirmək adı ilə Tovuz rayonunagedib. O, isə polisə şikayət edib. Zərərçəkmiş əri ilə barışdığın, ona qarşı şikayəti olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Cabbarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


