Dünya Özəl

ABŞ Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsinə reaksiya verdi

ABŞ Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsinə reaksiya verdi

ABŞ Rusiyanın Ukraynaya növbəti hücumu fonunda Ukraynaya dəstəyini davam etdirəcəyinə zəmanət verib.

Demokrat.az UNİAN-a istonadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bridcet Brink Rusiya Federasiyasının kütləvi raket zərbələrinə reaksiya verib.

O, Rusiyanın zərbələrini daha bir qəddar hücum dalğası adlandırıb:

“Fikrimiz Kiyevdə və bütün Ukraynada həmkarlarımız, qonşularımız və dostlarımızdadır. Biz Rusiyanın mənasız hücumu qarşısında aylardır cəsarətli qalan ukraynalıların və Ukraynanı müdafiə etmək üçün döyüşənlərin yanında olmağa davam edəcəyik", - ABŞ səfiri bildirib.

Brinkin ardınca Ukraynaya qarşı zərbələri Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan şərh edib.

“Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı ən son raket zərbələrini kəskin şəkildə pisləyir. Biz Ukraynaya özünü müdafiə etmək üçün lazım olanı, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edəcək. Biz nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq", - Sullivan bəyanatında bildirib.

Leyla Demokrat.az

D
demokrat.az