Mədəniyyət Özəl

Şagirdlərə "Şuşanın 270 anı" filmi təqdim olundu — FOTOLAR

Şagirdlərə Şuşanın 270 anı filmi təqdim olundu — FOTOLAR

Bakının 53 nömrəli məktəbində "Şuşanın 270 anı" bədii-sənədli filmin təqdimatı keçirilib.

Demokrat.az xəbər verir ki, təqdimatda şəhid ailələri və "Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş, filmin ideya müəllifi İlkin Əhmədov, redaktoru Kərəm Ələsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra 9-cu sinif şagirdi Hüseyn Əlizadə "Şəhidin anasına məktubu" adlı şeir səsləndirib.

Məktəbin direktoru Tünzalə Zeynalova gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin ən önəmli hədəflərimizdən biri olduğunu deyib. O, şagirdlərə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyə edib.

Sonda “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri L.Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açın. Layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt haqda da məlumat verdikdən sonra, "Şuşa 270” adlı fiım təqdim olunub.

Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.

Tədbir 11-ci sinif şagirdi Hüseyn Əliyevin "Şuşanın dağları" mahnısının ifası ilə başa çatıb.

Arzu Demokrat.az

D
demokrat.az