“İran artıq Ermənistanla açıq şəkildə müttəfiqlik edir. XX əsrin birinci yarısında Azərbaycan irsi üzərindən qərbin dəstəyi ilə yaradılan bu saxta dövlət 1979-cu ildən bu tərəfə dini siyasətə alət edərək İslam adı altında çox cinayətlər törətmişdir və bugün həqiqi simasını göstərmiş oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. Hərbi ekspert vurğulayıb ki, müsəlmanların soyqrımında cavabdeh olan cinayətkar Erməni siyasi iradəsi ilə işbirliyi edən bir rejim əslində Türk düşməni olduğunu bir daha sübuta yetirmişdir.
“İran torpaqlarımızın işğal altında olduğu dönəmlər də olduğu kimi bugün də Ermənistandan siyasi, iqtisadi və hərbi dəstəyini əsirgəmir. Amma bunu edərkən ərazisində yaşayan soydaşlarımızın nələr edə biləcəyini unutmaqdadır. Ümumiyyətlə, artıq bu məsələlərin köklü həll edilməsi üçün sərhədlərimizin 1918-1920-ci illər xəritəsinə görə tam dəlimitasiya edilməsinin tam zamanıdır. Bu İranla Ermənistanın fiziki əlaqəsinin tam kəsilməsini təmin etmiş olacaq. Sonra kı, mərhələdə də İran kimi saxta bir qonşudan qurtuluşumuzun yolu isə Güney Azərbaycanın müstəqilliyinin elan olunmasıdır. Bu bir qədər uzun çəkə bilər amma mütləq olacaq. Azərbaycan tarixi ərazilərində "dövlət" olmuşlar artıq öz yerlərini bilməlidirlər.”.
Aynurə Demokrat.az


