Dünya Özəl

Kennedi sui-qəsdindən sağ çıxan Pol Şreyd vəfat etdi

Kennedi sui-qəsdindən sağ çıxan Pol Şreyd vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin qətli zamanı güllələnən Həmkarlar İttifaqının lideri Pol Şreyd dünən 97 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, Şreyd ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin öldürülməsi nəticəsində yaralanan 5 nəfərdən biri idi.

Qətlə görə həbs edilən Sirhan ifadələrində sərxoş olduğunu və sui-qəsdi xatırlamadığını, Şreyd isə ikinci qatilin olduğundan şübhələndiyini və Sirhanın günahsız olduğuna inandığını bildirib. Qohumları Şreydin sui-qəsdi araşdırmağa davam etdiyini və bunun onu sağ saxladığını bildirib.

Qeyd edək ki, 1969-cu ildən bəri məhkəmələrdə iştirak etməyən Şreyd 2016-cı ildə ilk dəfə Sirhanın şərti azadlığa buraxılması ilə bağlı beş ildən bir keçirilən dinləmələrdə iştirak edib. Şreyd Sirhana onu bağışladığını söyləsə də, 2021-ci ildə şərti azadlığa buraxılması dinləməsi zamanı Sirhanın Robert Kennedinin qatili olmadığını iddia edib.

Məhkəmə Sirhanın azadlığa buraxılmasına qərar versə də, Kaliforniya qubernatoru onun həbsini davam etdirmək qərarında qalıb.

Jalə Demokrat.az

D
demokrat.az