Dünya Özəl

Putin və Zelenski G20 sammitində bu səbəbdən iştirak etməyəcək

Putin və Zelenski G20 sammitində bu səbəbdən iştirak etməyəcək

Ukrayna prezidenti Vladimir Zelenski G20-nin İndoneziyanın Bali şəhərində keçiriləcək sammitində iştirak etməyəcək.

Demokrat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın dənizçilik və investisiyalar naziri Luhut Binsar Pancaytan məlumat verib.

O jurnalistlərə müsahibəsində bildirb ki, Zelenski Ukraynanın daxili işləri ilə məşğul olacaq.

Bundan əlavə, Pancaitan əlavə edib ki, Vladimir Putin də sammitə gəlməyəcək. Onun sözlərinə görə, hər iki prezidentin çox sıx qrafikləri var və onların sammitdə iştirak etməmək qərarına hörmət edilməlidir. Xatırladaq ki, daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin sammitə getməyəcəyini, İndoneziyaya gedən Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyini təsdiqləyib.

Jalə Demokrat.az

D
demokrat.az