"ABŞ Ukraynanın işğal olunmuş hissələrini qoruyub saxlamaq istəyən Rusiya ilə danışıqlardan imtina edir".
Demokrat.az "Evropeyskaya pravda"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Sallivan qeyd edib ki, nə vaxtsa Rusiya Federasiyası ilə danışıqlar baş tutsa, bu, Ukraynanın iştirakı ilə aparılmalıdır.
“Prezident Bayden açıq şəkildə bildirdi ki, bu münaqişənin gedişatında onun siyasətinin rəhbər prinsipi “Ukraynasız Ukrayna haqqında heç nə” və bu fikir hələ də qalmaqdadır”.
Ağ Ev rəsmisinin sözlərinə görə, rusların prinsipcə dialoq aparmağa hazır olduğu şərtlər qəbuledilməzdir, çünki əslində bütün danışıqlar Ukraynanın tam işğaldan azad edilməsi ilə başlamalıdır.
"Rusiyadan müxtəlif rəsmilərdən eşitdiyimiz bütün siqnallar Rusiyanın Ukraynadan zorla götürdüyü əraziləri özündə saxlaması təklifi ilə başlayır. Həm də bu cür təklifləri qəbuledilməz hesab edən təkcə mən deyiləm. Bu, BMT Nizamnaməsinə görə qəbuledilməzdir".- deyə müşavir bildirib.
Sallivan Rusiyanı işğal etdiyi bütün əraziləri tərk etməli olduğunu qəbul etməyə çağırıb:
“Müharibə çox sadə şəkildə başa çata bilər. Rusiya hücumu dayandıraraq, Ukraynanın işğalına son qoymaqla bunu yekunlaşdıra bilər”.
Rza Demokrat.az


