İdman

Mahir Mədətov bombardir oldu

Mahir Mədətov bombardir oldu

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ən sərrast futbolçusu müəyyənləşib.

Demokrat.az-ın məlumatına görə, başa çatan çempionatın bombardiri "Qarabağ"ın hücumçusu Mahir Mədətov olub.

Son tura qədər "Neftçi"dən Baqali Dabo ilə zirvəni bölüşdürən futbolçu bugünkü oyunda "ağ-qaralar"ın qapısına 2 dəfə yol tapmaqla, qollarının sayını 16-ya çatdırıb və 14 qolu olan fransalı hücumçunu qabaqlayıb.

"Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi isə 10 qolla bombardirlərin yarışında üçüncü olub.

D
demokrat.az