ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) iki günlük noyabr iclasının nəticələrinə əsasən, baza dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb - 3,75 -4%ə qədər.
Demokrat.az TASS-a istinadən bildirir ki, bu barədə FED məlumat yayıb.
Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluq və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib.
FED baza dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.
Leyla Demokrat.az


