Dünya Özəl

Slovakiya Macarıstanla sərhəddə əsgər göndərir — SƏBƏB

Slovakiya Macarıstanla sərhəddə əsgər göndərir — SƏBƏB

Slovakiya qeyri-qanuni miqrantlarının sayının artmasına görə Macarıstan sərhədinə qoşun yeritmək qərarına gəlib.

Demokrat.az "Tgrt haber"ə istinadən xəbər verir ki, Slovakiyada bu gün keçirilən Nazirlər Şurasında miqrantlarla bağlı məsələ müzakirə edilib.

Hökumət mövcud polis nəzarətinə hərbi güclə dəstək vermək qərarına gəlib. Nazirlər Şurasının iclasının ardından məsələ ilə bağlı açıqlama verən Slovakiya Daxili İşlər Nazirliyinin sözçüsü Martina Koval Kakascikova tələbin sərhəddə növbətçi polis qüvvəsindən gəldiyini və qiymətləndirilərək təsdiqləndiyini bildirib. Qərara əsasən, dekabrın 15-dək Macarıstan sərhədində gündəlik 200 əsgər xidmət edəcək.

Kakascikova deyib:

“Sərhəddəki polis qüvvələrinin tələbi və Slovakiya Silahlı Qüvvələrinin mövcud şəxsi heyəti və maddi-texniki imkanları əsasında, xüsusilə köhnə sərhəd-keçid məntəqələrində polislə birgə peşəkar hərbçilər birgə patrul xidmətinə cəlb olunacaqlar. Əsgərlər immiqrasiya ilə mübarizəyə nəzarət etmək üçün Slovakiya-Macarıstan sərhədində yerləşdiriləcək. Sərhədlərdə ümumilikdə 200 əsgər yerləşdiriləcək və hər 12 saatdan bir dəyişdiriləcək”.

Qeyd edək ki Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr səbəbindən Avropaya yeni köç dalğası qorxusu yaranıb.

Jalə Demokrat.az

D
demokrat.az