Dünyanı yenidən taxıl böhranına məruz qoyacaq qərarla bağlı Rusiyadan yeni açıqlama gəlib.
Demokrat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov "Müqavilə çox icra oluna bilən deyil, Ukraynanın addımları razılaşmaya xələl gətirdi"söyləyib.
Sözügedən qərar Ukrayna cəbhəsində reaksiya gecikməyib. Ukrayna xarici işlər naziri Dmitro Kuleba dünyaya səslənib: "Bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün verdiyi açıqlama ilə Taxıl Dəhlizi Sazişində iştirakını dayandırdığını açıqlayıb. Rusiya tərəfi buna səbəb kimi Qara dənizdə Rusiya donanmasına qarşı hücumlara görə müqavilədən imtina etdiyini bəyan edib.
Jalə Demokrat.az


