Gündəm Özəl

Rusiya Xankəndi daxil ətraf rayonların Azərbaycanın nəzarətinə keçməsini əsla istəmir

Rusiya Xankəndi daxil ətraf rayonların Azərbaycanın nəzarətinə keçməsini əsla istəmir

Bu gün 31 oktyabr 2022-ci il tarixində Rusiyada Prezident Vladimir Putinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 3 tərəfli görüş ərəfəsi Xankəndində yaşayan bir qrup erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycanın Xankəndi şəhərində özbaşına təşkil etdikləri qanunsuz mitinq bir daha onu sübut etdi ki, Azərbaycanın Xankəndi bölgəsində yaşayan vətəndaşları separatizmə meyilli və öz qanunsuz əməllərini davam etdirmək niyyətlərindədirlər. Qısa desək islah olmaq və silahları yerə qoymaq niyyətləri yoxdur.

Bugün baş tutmuş məlum qanunsuz və Azərbaycanın suveren ərazisində separatizmə meyilli aksiya erməni terrorçularının əsl niyyətini ifadə etmiş oldu. Görünən budur ki, bu terrorçular sülh istəmir və bunu açıq formada ifadə edirlər və 31 oktyabr Soçidə nəzərdə tutulan üç tərəfli görüşə “təziq etməyə” çalışırlar. Bəlkə də Xankəndində separatçıların səsləndirdiyi bəyanatın mətni elə məhz görüş öncəsi Kremldə hazırlanıb. Hesab edirəm ki, bu gün bir daha təsdiq olundu ki, Rusiya Xankəndi daxil ətraf rayonların Azərbaycanın nəzarətinə keçməsini əsla istəmir. Bu səbəbdən də Rusiya sülhməramlılarına adekvat olaraq, Qarabağda, o cümlədən Laçında da qardaş Türkiyənin Ordusu yerləşdirilməlidir. Azərbaycanın ərazi bütövlüyünün yeganə qarantı heç şübhəsiz ki, qardaş Türkiyədir…

Rusiya Xankəndi daxil ətraf rayonların Azərbaycanın nəzarətinə keçməsini əsla istəmir
Hesab edirəm ki, BMT-nin icra edilməsi müşkülə çevrilmiş 4 qətnaməsini icra etmiş Azərbaycan ordusu 31 oktyabr görüşündən həmən sonra dərhal hərəkətə keçməlidir.

Xalqımızın heysiyyatı ilə oynamağa heç bir qüvvəyə imkan verməməliyik. Səbr, dözüm zamanı artıq keçmişdə qalıb. Separatistlərin, terrorçuların bir ünvanı var, o da məzarlıq!

Ağasif Şakiroğlu Gələcək Azərbaycan Prtiyasının sədri

D
demokrat.az