Dünya Özəl

Trampdan Maskın tviteri almasına REAKSİYA

Trampdan Maskın tviteri almasına REAKSİYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Tesla" və "SpaceX"-in baş direktoru İlon Maskın tviteri almasına münasibət bildirib.

Demokrat.az "TRT haber"ə istinadla bildirir ki, sabiq dövlət başçısı bununla bağlı özünün "Truth Social" media hesabından paylaşım edib.

Tramp tviterin ən qısa zamanda saxta hesablardan qurtulmalı olduğunu qeyd edib:

"Onun indi daha ağıllı əllərdə olmasından, həqiqətən də ölkəmizə nifrət edən radikal solçu xəstələr və manyaklar tərəfindən idarə edilməməsindən çox xoşbəxtəm"

Qeyd edək ki,Trampın "Twitter" və "Facebook" hesabları 6 yanvar 2021-ci ildə ABŞ Konqresinin basqınından sonra bu hadisəni "təşviq etdiyi" üçün tamamilə bağlanıb. Bundan sonra, sabiq prezident "Truth Social" sosial platformasını yaradıb.

Zamiq Demokrat.az

D
demokrat.az