Gündəm

ANAMA Tərtərdəki hadisədən sonra bir daha vətəndaşlara xəbərdarlıq etdi

ANAMA Tərtərdəki hadisədən sonra bir daha vətəndaşlara xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, ANAMAvətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, bu gün Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə partlayışbaş verib. Məlumata əsasən, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samirxəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

Demokrat.az

D
demokrat.az