ABŞ dövlət katibi EntoniBlinkenRusiyanın Ukraynaya zərbələrinin ukraynalıların və Ukrayna tərəfdaşlarının qətiyyətini gücləndirdiyini vurğulayıb.
Bu barədə o, Vaşinqtona səfəri zamanı Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirilən mətbuat konfransında deyib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, görüş zamanı Rusiyanın hücumu nəticəsində dağılmış enerji infrastrukturunun bərpasında Ukraynaya yardım, Ukraynanı müdafiə üçün silahla təmin etmək və büdcə dəstəyi müzakirə olunub.
Dövlət katibinin sözlərinə görə, ABŞ və Avropa Rusiyanın Ukraynadakı təcavüzünə qarşı birgə fəaliyyətdə birləşib.
Blinken deyib ki, İranın pilotsuz təyyarələri tərəfindən Ukrayna şəhərlərinin atəşə tutulması ukraynalıları qorxutmaq məqsədi daşıyır, amma bu, Ukraynanın qətiyyətini daha da gücləndirir.
"Son günlərdə biz Moskvanın Ukraynada mülki infrastruktura irimiqyaslı zərbələr endirdiyinin şahidi olduq. Onların bir çoxu İran tərəfindən təchiz edilmiş pilotsuz təyyarələrdən istifadə edilməklə həyata keçirilib. Prezident Putin hesab edir ki, bu hücumlar hansısa yolla ukraynalıların iradəsini qıracaq.Lakin bu, onların öz ölkələrini müdafiə etmək əzmini daha da dərinləşdirir.Moskva Ukraynanın ruhunu söndürə bilməz"-deyə o əlavə edib.
Leyla Demokrat.az


