Gündəm

Bakı-Qazax yolunda hərəkət bərpa edildi — VİDEO

Bakı-Qazax yolunda hərəkət bərpa edildi — VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

Demokrat.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.

Qeyd edilib ki, ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.

D
demokrat.az